Trampın Makronla gecə söhbəti | VİDEO

   Trampın Makronla gecə söhbəti    | VİDEO
  04 İyul 2025    Oxunub:862
Fransa prezidenti Emmanuel Makron iyulun 3-də gecə saatlarında Amerika liderinə zəng vuraraq Ukrayna və İranı müzakirə edib.
AzVision.az xəbər verir ki, Yelisey sarayındakı mənbəyə istinad edən “The Guardian” nəşri belə məlumat yayıb.

“Liderlər həmçinin Avropa İttifaqı (Aİ) və ABŞ arasında davam edən tarif danışıqları ətrafında müzakirə aparıblar. Bundan başqa, Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salmanla İran və Qəzza sektorunu müzakirə etmək üçün görüşüb”, - qəzet yazır.

Tramp: “İrəliləyişə nail ola bilmədim” | VİDEO
Xatırladaq ki, Makronun zəngindən əvvəl dünən Rusiyalı həmkarı Vladimir Putinlə apardığı telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp Ukraya ətrafında yaranmış vəziyyətdən narazı qaldığını və sülh prosesində irəliləyişin olmadığını açıqlayıb.

Yeri gəlmişkən, 3 illik fasilədən sonra, iyulun 1-də Fransa prezidenti özü də Putinlə telefonla danışaraq, İranın nüvə proqrmaını və Ukrayna münaqişəsini müzakirə edib. Bu baxımdan, Makronun Trampa zəng edərək onun Putinlə söhbətinin təfərrüatlarını öyrənmək istədiyi istisna deyil.

Xüsusilə də, Putinlə Trampın Avropanı Ukrayna ilə bağlı danışıqlar proseseindən uzaqladırmaq niyyətləri barədə yaranmış narahatlıq fonunda.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Makron  



Xəbər lenti