Ermənistanın yeni konstitusiyaya ehtiyacı var - Paşinyan
Onun sözlərinə görə, konstitusiya ilə “real Ermənistan” ideologiyası kəsişir.
“500 illik tariximizdən fərqli olaraq, indi başqa reallıq mövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunu şərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yeni konstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraq göstərməlidir”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl də Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Danilyan yeni konstitusiyaya ehtiyac olduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarını bildirmişdi.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


