Sarksiyan erməniləri acından öldürür...

Sarksiyan erməniləri acından öldürür...
  04 Avqust 2014    Oxunub:3422
“Cəbhə xəttində baş verən son gərginlikdən sonra erməni lobbisi yenidən fəallaşaraq Avropalılara Rusiyanın onları sıxdığını, Moskvaya isə regional münaqişənin səbəbkarının sanki onlar olmadığını təlqin etməyə çalışır. Ən ciddi məsələlərdən biri də məhz erməni rəsmillərinin son hadisələrdən daxili siyasi alət kimi istifadə etməsidir”.

AzVision.az xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Sədri Vüqar Bayramov deyib.

Doğulduğu kəndin erməni işğalında olduğunu deyən ekspert Qarabağ məsələsinin onun üçün həssas olduğunu deyib.

“Qarabağ məsələsi hər zaman onun üçün həssas olub: yalnız ona görə yox ki, doğulduğum kənd işğal altındadır, həm də ona görə ki, ölkəmizin ərazi bütövlüyü milli məsələdir. Təmsil olunduğum müxtəlif beynəlxalq qurumlarda o cümlədən, Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunda Qarabağ ermənilərinin birlik forumlarında təmsil olunması məsələsi hər zaman müxtəlif dairələr tərəfindən süni və qərəzli şəkildə gündəmə gətirilib. Qitənin qərarverici dairələrində kimlərin münasibətinin necə olmasından asılı olmayaraq mən Avropa Birliyindəki ən yüksək səviyyəli forumdakı imkanlarımdan faydalanaraq qondurma Qarabağ respublikasının nəinki hər hansı yüksək səviyyəli tədbirlərə, hətta ən adi görüşlərə qatılmasına imkan verməmişəm. Cəbhə xəttində baş verən son gərginlikdən sonra qlobal arenaya çıxış imkanı olan hər birimizin fəal olması və ölkənin maraqlarını müdafiə etməsi çox vacibdir”.

Vüqar Bayramov həmçinin bildirib ki, cəbhə xəttində baş verən son gərginlikdən sonra erməni lobbisi yenidən fəallaşaraq Avropalılara Rusiyanın onları sıxdığını, Moskvaya isə regional münaqişənin səbəbkarının sanki onlar olmadığını təlqin etməyə çalışır və ən ciddi məsələlərdən biri də məhz erməni rəsmillərinin son hadisələrdən daxili siyasi alət kimi istifadə etməsidir:

“Ermənistan hakimiyyəti təmas xəttində son günlər müşahidə edilən gərginlikdən daha çox daxili iqtisadi-sosial problemləri xalqa unutdurmaq və yumşaq desək erməni əhalisinin diqqətini daxili çətinliklərdən Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Artıq bir neçə gündür istər erməni mediyası, istərsə də düşmən ölkə nümayəndələrinin də üzv olduğu qlobal email qruplarda daha çox son günlər baş verən gərginlik müzakirə edilməklə yanaşı eyni zamanda bu qarşıdurmalarda da ermənilər Bakını günahkar çıxarmağa çalışırlar: baxmayaraq ki, nəinki Azərbaycan torpaqlarını işğal edən, həmçinin son günlər təmas xəttində atəşkəsi pozan da məhz Ermənistandır.

Belə görünür ki, Ermənistan hakimiyyəti hələ bir müddət də Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Aydındır ki, sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda rəsmi Yerevan ölkə gündəliyini məhz savaş xəbərləri ilə zəbt edə bilir. Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb. Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir”.

İqtisadçı bildirib ki, Ermənistan digər ciddi problemlərdən biri yoxsulluq həddidir:

“Mərkəzi Bankının hesablamalarına görə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 23.4 faizi yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir”.

Eyni zamanda ekspert Ermənistandakı işsizlikdən danışıb: “Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 15.9 faizdir. Beynəlxalq hesabatlarda isə bu göstərivi 36 faizə yaxın göstərirlir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir.

Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Belə olan halda isə, rəsmi Yerevan hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti