Putin Bakıya nümayəndə heyəti göndərir

   Putin Bakıya nümayəndə heyəti göndərir
  06 İyul 2025    Oxunub:1495
Putin münasibətlərin qaydaya salınması üçün Bakıya nümayəndə heyəti göndərir.
AzVision.az xəbər verir ki, Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbə – VÇK-OQPU telegram kanalı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərdəki problemləri aradan qaldırmaq istəyir.

“Hazırda Moskvada iki ölkə arasında münaqişənin həllinə cəhd etmək məqsədi ilə Bakıya gedəcək nümayəndə heyəti formalaşıdırılır. Putin şəxsi mesajı çatdıracaq və həbs olunanların “mübadiləsi” təklifi verilə bilər”, – məlumatda deyilir.

VÇK-OQPU-nun məlumatına görə, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı və indiki Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov başçılıq edə bilər.

AzVision.az



Teqlər:



Xəbər lenti