Lavrovun müavini Ermənistan səfiri ilə görüşüb

Lavrovun müavini Ermənistan səfiri ilə görüşüb
  07 İyul 2025    Oxunub:1064
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan ilə görüşüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat verib. Görüşdə ikitərəfli və regional gündəliyə dair bir sıra məsələlər, o cümlədən qarşıdan gələn Rusiya-Ermənistan təmaslarının qrafiki müzakirə edilib.

Söhbət zamanı səfirə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi ilə bağlı mövqe bildirilib. Bu kontekstdə Rusiya və Ermənistanın müvafiq qurumları arasında məsləhətləşmələrin növbəti raundunun keçirilməsi ilə bağlı Rusiyanın təklifi təsdiqlənib.

AzVision.az



Teqlər:



Xəbər lenti