Ukrayna PUA-ları Rusiyaya hücum edib | VİDEO

Ukrayna PUA-ları Rusiyaya hücum edib    | VİDEO
  09 İyul 2025    Oxunub:1154
Ötən gecə Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemləri ölkənin bir sıra bölgələrinə hücum edən 86 Ukrayna pilotsuz uçan aparatını vurublar.
AzVision.az xəbər verir ki, Rusiya Müdafiə nazirliyinin yaydığı məlumata görə, ən çox pilotsuz təyyarə - 23-ü Kursk vilayətində vurulub. Daha 16 PUA Bryansk vilayəti, 15-i Tula vilayəti, 12-si isə Belqorod və Oryol vilayətləri üzərində məhv edilib.

Bundan əlavə, Moskva vilayətində dörd PUA, o cümlədən paytaxta doğru hərəkət edən iki pilotsuz təyyarə vurulub. Bir pilotsuz təyyarə Voronej və Ryazan vilayətləri üzərində, daha ikisi isə Smolensk vilayəti üzərində səmada vurulub.

Dağıntılar və tələfatlar barədə hələlik məlumat açıqlanmayıb.

Son 24 saat ərzində Rusiya HHM qüvvələrinin 202 Ukrayna dronunu məhv etdiyi bildirilir. Bundan əlavə, rusiyalı hərbçilər dörd idarəolunan hava bombasını və bir yaylım atəşli “HIMARS” reaktiv raketini vurublar.

“Kommersant” qəzetinin yazdığına görə, Rusiyanın 12 vilayətinin hakimiyyət orqanları Ukrayna PUA-larıın zərbələrinin nəticələri barədə məlumatı internetdə yayımlayan vətəndaşları inzibati məsuliyyətə cəlb etməyə başlayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   PUA-lar  



Xəbər lenti