“Mən silahın gücünə deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri deyib.
Türkiyə mediasının məlumatına görə, Öcalan PKK üzvlərini dərhal tərksilah prosesinə başlamağa çağırıb.
|
| PKK Şimali İraqda tərksilah olacaq | VİDEO |
Türkiyənin “Hüriyyet” qəzetinin yaydığı məlumat əsasən, PKK-nın ilk döyüşçü qrupu iyulun 11-də İraqın şimalında tərksilah prosesinə başlayacaq.
Xatırladaq ki, Abdullah Öcalan 1999-cu ildən həbsdədir. O, Keniyada həbs olunub və elə həmin il Türkiyədə edam cəzasına məhkum edilib, lakin sonradan onun cəzası ömürlük həbslə əvəzlənib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


