Tayvan tarixdə ən böyük hərbi təlimlər keçirir | VİDEO

   Tayvan tarixdə ən böyük hərbi təlimlər keçirir   | VİDEO
  09 İyul 2025    Oxunub:1254
İyulun 9-da Tayvan adanın tarixində ilk dəfə olaraq ən genişmçiqyaslı illik “Hanquan” hərbi təlimlərinə başlayıb.
AzVision.az “Focus Taiwan” nəşrinə istinadən xəbər verir ki, təlimlər on gün, iyulun 18-dək davam edəcək, bu isə müddət baxımından həmişəkindən iki dəfə çoxdur. Ənənəvi olaraq, 1984-cü ildən adada keçirilən manevrlər beş gün dörd gecə davam edir. Onlar Çinin ehtimal olunan müdaxiləsi zamanı Tayvanın döyüşə hazırlığını yoxlamaq üçün nəzərdə tutulub.

“Bu dəfə təlimlərə rekord sayda - 20 000 ehtiyatda olan əsgər cəlb olunacaq. Mülki şəxslər də iştirak edəcəklər: onlar sığınacaqlara çevrilmiş böyük supermarketlər şəbəkəsinin zirzəmilərini, yerli hakimiyyət orqanlarının böhran vəziyyətində əsas xidmətlərini və təchizat təmin etməyə hazır olduqlarını yoxlayacaqlar”, - “Bloomberg” agentliyui yazıb.

Tramp Moskva və Pekini bombalayacağını deyibmiş | VİDEO
Hərbçilər manevrlərdə ABŞ-dən alınmış daha çox texnikadan, xüsusən də “HIMARS” yayım atəşli buraxılış raket sistemlərindən (ilk döyüş sınaqları may ayında keçirilib) istifadə edəcəklər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının sponsorları ilə görüşündə Çinin sədri Si Cinpinlə söhbətinin açıqlandığı 2024-cü ilə aid səs yazısında Çinin Tayvana hücum edəcəyi təqdirdə Vaşinqtonun Pekini bombalayacağı barədə hədələr səsləndridiyi bəlli olub.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tayvan   təlimlər  



Xəbər lenti