İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar baş tutub

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar baş tutub
  10 İyul 2025    Oxunub:1897
Agentliyin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatı həyata keçirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzVision.az -a məlumat verilib ki, Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

AzVision.az


Teqlər: təyinat  



Xəbər lenti