Avropanın Ukrayna ilə bağlı əsas qorxusu | VİDEO

   Avropanın Ukrayna ilə bağlı əsas qorxusu    | VİDEO
  11 İyul 2025    Oxunub:1182
Vaşinqtonun Avropadakı əsas müttəfiqləri ABŞ prezidenti Donald Trampın Ukraynaya marağını itirə biləcəyindən ehtiyat edirlər.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.

“Avropada çoxları Trampın Ukraynaya marağını itirə və ürəyinə yaxın olan məsələlərə diqqət yetirə biləcəyindən şübhələnir”, - qəzet yazır.

Zelenski dilemma qarşısındadır | VİDEO
Materialda deyilir ki, bu halda avropalıların vəzifəsi Ukraynaya “müstəqil” hərbi əməliyyatlar aparmağa kömək etmək olacaq.

Xatırladaq ki, bundan əvvəl “Neue Zurcher Zeitung” nəşri Ukraynanın Rusiya ilə qarşıdurmada tam məğlubiyyətdən qurtulmaq üçün cəmi iki yolunun qaldığını bildirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Ukrayna   təlaş  



Xəbər lenti