Ukrayna Rusiyanın hərbi zavodlarına hücum edib

   Ukrayna Rusiyanın hərbi zavodlarına hücum edib
  11 İyul 2025    Oxunub:1414
İyulun 11-nə keçən gecə Ukrayna Silahlı qüvvələri (USQ) Rusiyanın müdafiə sənayesi obyektlərinə irimiqyaslı dron hücumu həyata keçirib.
AzVision.az xəbər verir ki, yerli hakimiyyət orqanlarına istinad edən “The Moscow Times” nəşrinin yazdığına görə, xərbə altına Rusiya hərbi sənaye kompleksinin ən azı üç müəssisəsi düşə bilər.

1. Taqanroqdakı Q.M. Beriyev adına “TANTK” təyyarə istehsalı zavodu.
2. Moskva ətrafındakı P.A. Voronin adına Luxovitski Aviasiya zavodu.
3. Moskva vilayətində “Kronştadt pilotsuz təyyarələrin istehsalı müəssisəsi.

Taqanroqdakı hücum barədə şəhərin meri Svetlana Kambulova öz Telegram-kanalında məlumat verib.

“Pilotsuz təyyarə vurulub, onun dağıntıları Beriyev Aviasiya şirkətinin ərazisinə düşüb. Tələfat yoxdur, hadisə yerində təcili yardım xidmətləri işləyir”, - Kambulova yazıb.

Moskva vilayətinin Luxovitsı şəhərində dron hücumu barədə yerli sakinlər bildiriblər. Luxovitsı Aviasiya zavodu və yerli neft anbarı güman olunan zərbənin yaxınlığında yerləşir. Bu baxımdan, hansı hədəfə hücum edildiyi hələlik bəlli deyil.

Habelə, sosial şəbəkələrdə yayılan məlumatlara görə, hücumlar Moskva vilayətinin Dubna şəhərində yerləşən “Kronstadt” müəssisəsini hədəfə ala bilərdi, yerli sakinlər ərazidə partlayışlar olduğunu bildiriblər.

Partlayış səslərini Tula vilayətinin Proletarski rayonunun sakinləri də eşidib. “Astra” portalının yazdığıan görə, şahidlərin yayımladığı videolardan birinin yeri üç müdafiə müəssisəsinin yaxınlığında geolokasiya edilib: A.G.Şipunov adına “Cihazqayırma Konstruktor Bürosu” ASC (yüksək dəqiqlikli silahların inkişafı), “SPLAV” (yaylım atəşli raket sistemlərinin istehsalı) elmi-istehsalat birliyi və “Şcheglovski Val” (hava hücumundan müdafiə sistemlərinin və atıcı silahların istehsalı) elmi-istehsalat birliyi.

Müəssisələrdən hansının hücumun hədəfi ola biləcəyi barədə hələlik məlumat yoxdur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   hücum  



Xəbər lenti