Aİ əhalisi 1 milyon nəfər artıb | VİDEO

   Aİ əhalisi 1 milyon nəfər artıb    | VİDEO
  12 İyul 2025    Oxunub:841
1 yanvar 2025-ci il tarixinə Avropa İttifaqının (Aİ) əhalisi 450,4 milyon nəfər təşkil edib.
AzVision.az xəbər verir ki, Aİ-nin Staistika idarəsinin rəsmi saytında yerləşdirilən məlumatında belə deyilir.

İl ərzində bu rəqəm 1,07 milyon artıb. Son dördüncü ildir ki, “qoca” qitədə artım qeydə alınır. Bundan əvvəl, 2021-ci ildə əhalinin sayına azalma müşahidə edilirdi - o zaman populyasiya dinamikasına COVID-19 pandemiyası təsir göstərdi.

Mütəxəssislər mövcud yüksəlişi miqrasiyanın artması ilə izah edirlər. Uzunmüddətli perspektivdə, 1960-cı ildən bəri Aİ əhalisi demək olar ki, 96 milyon nəfər çoxalıb.

“Aİ ölkələri arasında Almaniya hələ də ən böyük əhaliyə (83,6 milyon) malikdir. Ondan sonra Fransa (təxminən 67 milyon) və İtaliya (təxminən 59 milyon) gəlir. Bu üç ölkə birlikdə Aİ əhalisinin demək olar ki, yarısını təşkil edir”, - hesabatda bildirilir.

Ən yüksək illik artım Malta, İrlandiya və Lüksemburqda qeydə alınıb. Eyni zamanda, Latviya, Macarıstan və Estoniyada əhalinin azalması müşahidə olunub.

Daha əvvəl Ukraynaya görə Aİ-də doğum səviyyəsinin həddindən artıq aşağı olduğu açıqlanmışdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   əhali   artım  



Xəbər lenti