ABŞ-da vəbadan ölüm halı qeydə alınıb

ABŞ-da vəbadan ölüm halı qeydə alınıb
  12 İyul 2025    Oxunub:758
Arizona ştatının Kokonino qraflığında pnevmonik vəbadan bir nəfərin öldüyü bildirilib.
AzVision.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Zərərçəkən barədə əlavə məlumat açıqlanmayıb. Bu, Kokonino qraflığında 2007-ci ildən bəri pnevmonik vəbadan qeydə alınan ilk ölüm halıdır.

Məlumata görə, ABŞ-da hər il, əsasən qərb ştatlarında orta hesabla yeddi belə yoluxma hadisəsi qeydə alınır. Pnevmonik vəba vəbanın ən ağır və yoluxucu forması sayılır. Təcili tibbi müdaxilə olunmadıqda ölüm riski yüksək olur.

AzVision.az



Teqlər:



Xəbər lenti