İsrailin hücumu zamanı Pezeşkian yaralanıbmış

// “Iran International” detalları açıqladı

   İsrailin hücumu zamanı Pezeşkian yaralanıbmış
  13 İyul 2025    Oxunub:1833
İsrailin İrana hücumu zamanı prezident Məsud Pezeşkian ayağından yaralanıbmış. Hadisə İsrailin Hərbi Hava Qüvvələri İranın Ali Milli Təhlükəsizlik Şurasının iclas keçirdiyi binaya endirdiyi zərbə zaman baş verib.
“Iran International” yazır ki, bu zərbə eynilə “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullahın öldürüldüyü əməliyyatı xatırladırmış. İsrailin qırıcı təyyarələri həmin qaydada binanın giriş və çıxışlarına atəş açıblar ki, daxildə olanlar ətraf aləmdən təcrid edilsinlər. Adətən bu zaman içəridə qalanlar havasızlıqdan boğulub ölürlər.

Aviazərbələrdən sonra binada elektrik kəsilib və kommunal xidmətlər sıradan çıxıb. Amma iclasda iştirak edən vəzifəli şəxslər qəza lükünün vasitəsilə binanı tərk edə biliblər. Bu zaman Pezeşkianın ayağı zədələnib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   İsrail  



Xəbər lenti