Kainatda qara dəliklərin ən böyük qovuşması | VİDEO

   Kainatda qara dəliklərin ən böyük qovuşması     | VİDEO
  14 İyul 2025    Oxunub:870
Alimlər indiyə qədər qeydə alınmış ən böyük qara dəlik birləşməsini qeydə alıblar.
AzVision.az Böyük Britaniyanın “The Gardian” nəşrinə istinadən xəbər verir ki, alimlər Samanyolundan çox uzaqda bir-birinə doğru spiral üzrə iki nəhəng qara dəliyin toqquşması nəticəsində yaranan kosmos-zamanın dalğalanmalarını müəyyənləşdiriblər. Dalğalar Vaşinqtondakı və Luizianadakı LIGO qravitasiya dalğası detektorları tərəfindən aşkarlanıb.

Siqnal təxminən 10 milyard işıq ili məsafədən gəlib və müvafiq olaraq 103 və 137 günəş kütləsi olan iki qara dəliyin toqquşmasını göstərir.

Bundan əvvəl amerikalı alimlərin plazma halqasındakı hissəciklərin planetləri necə əmələ gətirə biləcəyini ilk dəfə müşahidə etdikləri barədə məlumat verilmişdi. Bunun üçün onlar fırlanan silindrlər və kosmosda maddənin davranışını simulyasiya edən maye metaldan ibarət xüsusi qurğudan istifadə ediblər.

İyun ayında isə açıqlanıb ki, Kembric universitetinin alimləri Böyük Partlayışdan qısa müddət sonra əmələ gəlmiş ilk ulduzların kütləsini müəyyənləşdirmək üçün radiosiqnallardan istifadə oluna biləcəyini aşkar ediblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: qaradəlik   qovuşma  



Xəbər lenti