Marqvelaşvili cəbhədəki olaylardan danışdı

Marqvelaşvili cəbhədəki olaylardan danışdı
  04 Avqust 2014    Oxunub:3037
Gürcüstan hakimiyyəti Ermənistan və Azərbaycanın ümumi dil tapacağına və razılığa gələcəyinə əmindir.

AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili Dağlıq Qarabağdakı son vəziyyəti şərh edərkən bildirib.

“Gürcüstan hakimiyyəti bizim iki qardaş ölkələrimiz arasında yaranan bu gərgin vəziyyətdən narahatdır. Mən regionda vəziyyətin normallaşdırılması ilə bağlı səsləndirilən çağırışlara qoşuluram. Bu həm Ermənistan, həm Azərbaycan, həm də ümumilikdə, region üçün böyük əhəmiyyət daşıyır. Regionda stabillik hər birimiz üçün çox mühümdür. İki ölkə arasındakı dialoq davam etdirilməlidir və mən əminəm ki, onlar ümumi dil tapa biləcəklər” - deyə, Marqvelaşvili bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti