ÜST I 2.5 milyard insanın köməkçi texnologiyalara və reabilitasiyaya ehtiyacı var

      ÜST I    2.5 milyard insanın köməkçi texnologiyalara və reabilitasiyaya ehtiyacı var
  15 İyul 2025    Oxunub:908
"Dünyada 2.5 milyard insanın köməkçi texnologiyalara (KT) və reabilitasiyaya ehtiyacı var".
AzVision.az xəbər verir ki, bunu ÜST Azərbaycanın mütəxəssisi Turanə Əliyeva bildirib. Onun sözlərinə görə, 2050-ci ildə bu rəqəmin 3,5 milyard olması nəzərdə tutulur:

"Əhalinin yaşlanması, qeyri- infeksion xəstəliklərin artması, qəzalar, münaqişələr və pandemiyalar nəticəsində tələbat getdikcə artır. Köməkçi texnologiyalara investisiya qoymaq sosial və iqtisadi baxımdan məntiqlidir. KT-yə qoyulan hər 1 ABŞ dolları ailələrə və cəmiyyətə 9 dollar məbləğində qayıdır".


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ÜST   KT  



Xəbər lenti