"Qarabağ" Avstriyada sonuncu yoxlama oyununu keçirəcək

"Qarabağ" Avstriyada sonuncu yoxlama oyununu keçirəcək
  15 İyul 2025    Oxunub:1106
Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.
AzVision.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu "Zaltsburq" ilə qarşılaşacaq.

Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa çatdıracaq.

AzVision.az


Teqlər: "Qarabağ"  



Xəbər lenti