“ABŞ məmurları gələcəkdə Ukraynaya əlavə silahların göndərilib-göndərilməyəcəyi ilə bağlı heç bir açıqlama verməyib. Həmçinin Amerika liderinin Ukraynaya kömək etmək qərarı Trampın qəfildən həmin ölkəyə və ya onun prezidentinə hüsn-rəğbət hissinə qapılması demək deyil”, - məqalənin müəllifləri vurğulayırlar.
|
| Putindən inciyən Tramp Avropanı məyus etdi | VİDEO |
Eyni zamanda, bu istəklərin planlaşdırılmasının hansı mərhələdə olduğu hələlik bəlli deyil. Bəzi xəbərlərə, həm Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Müdafiə nazirliklərinin təmsilçiləri, həm də ABŞ-nin müttəfiqləri Trampın Kiyevə silah tədarük etmək planı barədə açıqlamasından sonra qəzəbləniblər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


