Qətər XİN: "Danışıqlar hələ də ilk mərhələdədir"

      Qətər XİN:    "Danışıqlar hələ də ilk mərhələdədir"
  15 İyul 2025    Oxunub:949
"Qəzza zolağında İsrail ilə HƏMAS-ın atəşkəs üzrə razılığa gəlmələri məqsədilə vasitəçilik səyləri artırılsa da, danışıqlar hələ də mahiyyətcə birinci mərhələdə qalmaqdadır".
Bu sözləri Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, proses ləng irəliləsə də, atəşkəs sazişi üzrə müzakirələr səngiməyib.

"Hər iki tərəfin nümayəndə heyəti Dohadadır. Vasitəçilər onları razılaşdırmaq naminə cidd-cəhdlə səy göstərirlər. Hərçənd danışıqların birinci mərhələsinin məqsədləri yerinə yetirilməyib. Növbəti mərhələyə keçməkdən ötrü prinsipial razılıq zəruridir", - Əl-Ənsari bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət tamamilə məchuldur.

"Sabah razılıq baş tuta da bilər, danışıqlar birdəfəlik iflasa uğraya da bilər. Hər halda, danışıqlar dalana dirənməyib, sadəcə müəyyən vaxt lazımdır", - sözçü deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qətər   İsrail   HƏMAS   danışıqlar  



Xəbər lenti