Deputat: “Qərb Ukraynaya “canlı qüvvə” də verməlidir” | VİDEO

   Deputat: “Qərb Ukraynaya “canlı qüvvə” də verməlidir”    | VİDEO
  16 İyul 2025    Oxunub:622
Hətta Qərb ölkələrindən silah tədarükünü nəzərə alsaq belə, Ukrayna Rusiya ilə münaqişənin davam etməsinə tab gətirə bilməz.
AzVision.az xəbər verir ki, belə bəyanat səsləndirən Ukrayna Ali Radasının deputatı Viktoriya Qrib “Fövqəlmövqe” YouTube-kanalına müsahibəsində müttəfiqləri Kiyevə “canlı qüvvə” ilə də dəstəkləməyə çağırıb.

“Hətta silah alsaq belə, - bəli, tərəfdaşlarımıza buna görə çox təşəkkür edirik - lakin fiziki olaraq buna tab gətirə bilməməyimiz də mümkündür, çünki kifayət qədər adamımız yoxdur”, - xanım Qrib vurğulayıb.

Roma da Trampın planını sabotaj edir | VİDEO
Bu baxımdan, o, Qərb ölkələrini Ukraynaya “canlı qüvvə” ilə kömək etməyə çağırıb. Eyni zamanda, parlamentari qeyd edib ki, müttəfiqlər nə bunu etməyə, nə də Ukrayna Silahlı Qüvvələrinə lazım olan qədər silah verməyə hazırdırlar.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte bildirmişdi ki, Avropa Ukraynaya görə Amerika silahlarının pulunu ödəmək üçün “pul tapacaq”.

Lakin Rüttenin nikbin bəyanatına rəğmən, Fransa və İtaliya artıq Avropanın vəsaiti hesabına Ukraynanı silahlandırmaq barədə ABŞ prezidenti Donald Trampın təşəbbüsünə qoşulmayacaqlarını bildiriblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Qərb   hərbçilər  



Xəbər lenti