Macarıstan Aİ-dən hansı halda çıxa bilər? | VİDEO

Macarıstan Aİ-dən hansı halda çıxa bilər?    | VİDEO
  18 İyul 2025    Oxunub:755
Vəziyyət geri dönüşün mümkün olmayacağı həddə çatarsa, Macarıstan Avropa İttifaqından (Aİ) çıxmaq haqqında düşünə bilər.
AzVision.az “Nezsava” nəşrinə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Ultrahang” YouTube-kanalına müsahinbəsində belə deyib.

Macarıstanın Aİ-yə üzvlüyündən danışan siyasətçi qeyd edib ki, nəzəri cəhətdən müəyyən məqam var, ondan sonra bu ittifaqa üzv olmağın mənası yoxdur.

“Macar seçicilərə bir şeyi vəd edə bilərəm: görsəm ki, artıq buna dəyməz, sözümü deyəcəyəm. Amma hələlik buna ehtiyac görmürəm”, - Macarıstan hökumətinin başçısı vurğulayıb.

Baş nazirin sözlərinə görə, dünya onun “transatlantik parçalanma” adlandırdığı iki hissəyə bölünüb. Buna əsasən, Avropaya xas mütərəqqi-liberal tərəf və ABŞ-nin başçılıq etdiyi mühafizəkar-millətçi tərəf mövcuddur.

- Avropa müharibə, Amerika isə sülh tərəfdarıdır və fikir ayrılıqları artır, vəziyyət qeyri-sabitdir”, - Viktor Orban deyib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Macarıstan    



Xəbər lenti