“Qarabağ”ın Çempionlar Liqası matçının biletlərinin satışı başlayıb
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış)
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


