Deputatlar yumruq davasına çıxdı - VİDEO

Deputatlar yumruq davasına çıxdı - VİDEO
  05 Avqust 2014    Oxunub:2983
Türkiyə parlamentində deputatlar arasında dava düşüb. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, 9 günlük istirahətdən sonra işə başlayan parlamentdə hakim AKP təmsilçiləri ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilləri arasında başlayan söz dueli sonradan yumruq davasına çevrilib.

Deputatların davasına səbəb isə İŞİD məsələsi olub. Müzakirələr zamanı MHP-li millət vəkili Sinan Oğanın fikirlərinə etiraz edən AKP-li deputatlar bunu çox sərt formada ifadə ediblər. Nəticədə tərəflər bir-birinin üstünə gedib və mübahisə yumruq-təpik davasına çevrilib.




Teqlər:





Xəbər lenti