Abdulla Gül Ərdoğanla vidalaşdı

Abdulla Gül Ərdoğanla vidalaşdı
  05 Avqust 2014    Oxunub:3997
Türkiyə prezidenti Abdulla Gül spiker Cəmil Çiçəklə vidalaşıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, avqustun 28-də fəaliyyət müddəti başa çatan A.Gül 7 il öncə onu prezident seçən deputatlara təşəkkürünü bildirib.

“Türkiyə demokratiyanın və hüququn üstün olduğu ölkədir. 7 il öncə məni deputatlar səs verərək prezident seçdilər. Onların hər birinə dərin təşəkkürümü bildirirəm. Odur ki, mən hazırda demokratiyanın ən gözəl çağlarını yaşayıram. Prezident seçiləndə qürur duyduğum kimi, indi də vəzifəmi başa vurduğum üçün eyni hissləri yaşayıram”.

Abdulla Gül daha sonra baş nazir Rəcəb Rayyib Ərdoğanla da vida mərasiminə qatılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti