Tramp yüzlərlə məhkəmə iddiası ilə üzləşib
Qəzetin Trampın məhkəmə işləri ilə bağlı təhlilinə əsasən, işlərin 75%-də hakimlər Amerika liderinin mövqeyinə zidd qərarlar veriblər.
“Bu işlərin təxminən 50-si Trump administrasiyasının bəzi əcnəbi tələbələri immiqrasiya sənədlərindəki pozuntulara və mühakimə olunduqlarına görə ABŞ-dən deportasiya etmək cəhdinin bir hissəsini təşkil edir. Lakin prezidentin komandası bu işlərin təxminən 90%-ni artıq uduzub”, - materialın müəllifi vurğulayırlar.
Jurnalistin ehtimalına görə, Ağ Ev rəhbərinə qarşı müxalif mövqe tutan hakimlər Trampın sələfləri - prezidentlər Barak Obama və Co Bayden tərəfindən təyin olunan şəxslərdir.
Bundan əvvəl ABŞ-də Trampın siyasətinə qarşı hətta kütləvi etirazların planlaşdırıldığı da bildirilirdi.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp məhkəmələr







Vaxtında, Aydın, Lazımlı!


