“Paşinyan tərəfdarlarının, “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin, eləcə də tədbirin hazırlanmasında iştirak edən əvvəlcədən təşkil olunmuş qrupların qatılacağı yürüşə şəxsən rəhbərlik etmək niyyətindədir. Aksiya Eçmiədzinin mərkəzi meydanından başlayacaq və Erməni Apostol Kilsəsinin (EAK) rəhbərinin iqamətgahına doğru yürüşlə davam edəcək”, - qəzet yazır.
Mənbələrin dediyinə görə, tarix seçimi təsadüfi deyil: bu müddət ərzində – iyulun 18-dən 23-dək – Paşinyan rəsmi olaraq məzuniyyətdədir və bu, ona adi gündəmdən kənarda daha geniş fəaliyyət azadlığı verir.
|
| Abramyan: “Paşinyan təcili katolikos axtarır” |
- Yürüşdə vəziyyətə nəzarət etmək, təxribatların və kilsə nümayəndələrinin mümkün müqavimətinin qarşısını almaq olan mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı planlaşdırılır”, - nəşr yazır.
Bu məlumatla bağlı Ermənistan hökumətindən hələlik rəsmi şərh yoxdur.
Xatırladaq ki, mayın sonundan bəri II Qareginə və EAK arxiyepiskoplarına qarşı sərt bəyanatlar səsləndirən Paşinyan, katolikosların subaylıq andının pozulması ilə bağlı xəbərlərə görə taxtdan getməsini tələb edir. Ötən gün baş nazir bütün ermənilərin katolikosuna növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


