Tədbirdə Əfqanıstanın Əmək və Sosial Təminat nazirinin müavini Əlhac Mavlavi çıxış edərək Azərbaycan və İƏT-ə ölkəsi adından təşəkkürünü bildirib. O, habelə layihənin əfqan əl sənətinin qorunmasına, təşviqinə və inkişafına xidmət edəcəyini vurğulayıb.
İƏT-in Əfqanıstandakı nümayəndəsi səfir Mohammad Saed əl-Ayyaş Azərbaycan tərəfinin dəstəyi ilə yaradılmış peşə məktəbinin aztəminatlı əfqan ailələrinə dəstək olacağını, eləcə də layihənin İƏT üzv ölkələri arasında həmrəyliyə xüsusi töhfə verdiyini qeyd edib.
Səfir İlham Məmmədov ölkəmizin Əfqanıstanda artıq bir neçə layihə icra etdiyini diqqətə çatdırıb, bu kimi təşəbbüslərin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Azərbaycan-Əfqanıstan dostluq əlaqələrindən, eləcə də İƏT çərçivəsində həmrəyliyin əhəmiyyətindən danışan natiqlər Azərbaycanın 2026-cı ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinə sədrlik etməsinin xüsusi önəm daşıdığını qeyd ediblər.
Tədris mərkəzi dörd emalatxanadan ibarətdir və 20 ədəd xalça toxuculuğu dəzgahı, zəruri alətlər və bir illik xammal ehtiyatı ilə təchiz olunub. Mərkəzdə eyni vaxtda 80 qadının təlim keçməsi nəzərdə tutulur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


