Ukrayna hücuma hazırlaşır

Ukrayna hücuma hazırlaşır
  05 Avqust 2014    Oxunub:1566
Hazırda hücuma hazırlıq işləri aparılır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumat mərkəzinin sözçüsü Andrey Lısenko ordunun Donetskə hücuma keçməyə hazırlaşdığını bəyan edib.

AzVision.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Lısenko qeyd edib ki, hazırda hücuma hazırlıq işləri aparılır.

O, ordunun artıq hücuma keçdiyi barədə rəsmi məlumatın olmadığını bildirib. Qeyd edək ki, bundan əvvəl “Azov” batalyonu komandirinin müavini İqor Mosiyçuk könüllülərdən ibarət “Azov” və “Şaxtyorsk” batalyonlarının Donetsk şəhərinə hücuma keçdiyini bildirib.


Teqlər:





Xəbər lenti