Tramp Kiyevə verilən pulların taleyindən şübhələnir

Tramp Kiyevə verilən pulların taleyindən şübhələnir
  23 İyul 2025    Oxunub:991
Ukrayna keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən hərbi yardım kimi köçürülən vəsaitlərin bir hissəsini məqsədəuyğun şəkildə xərcləməmiş ola bilər.
AzVision.az xəbər verir ki, Amerika lideri Donald Tramp belə deyib.

“Bayden Kiyevə 350 milyard dollar pul və ya hərbi texnika verib. Ukrayna hakimiyyətinin özünün avadanlıqlar alması planlaşdırılırdı. Amma məndə belə bir hiss var ki, onlar hər dolları avadanlıqlara xərcləməyiblər”, - Donald Tramp ABŞ Konqresindən olan respublikaçılarla görüşündə deyib.

ABŞ prezidenti əmin olduğunu bildirib ki, onun administrasiyası Bayden administrasiyası dövründə Ukraynanın aldığı maliyyə və hərbi yardım haqqında “nə vaxtsa daha çox məlumat əldə etmək istəyəcək”.

Xatırladaq ki, fevral ayının ortalarında Ağ Evin rəhbəri Ukraynanın ABŞ-yə 500 milyard dollarlıq nadir torpaq metallarını qaytarmalı olduğunu bildirmişdi. Onun sözlərinə görə, söhbət əvvəllər Vaşinqton və Brüssel tərəfindən Kiyevə köçürülmüş vəsaitlərdən gedir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ukrayna   pullar  



Xəbər lenti