İsrail yenə atəşkəs elan etdi

İsrail yenə atəşkəs elan etdi
  05 Avqust 2014    Oxunub:1772
Bu barədə AzVision.az ”Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən atəşkəs haqqında razılaşma Misirin vasitəçiliyi ilə əldə olunub.

Bu arada İsrail ordusu Qəzzada keçirdiyi əməliyyatlarda əsas hədəflərdən birinə - transsərhəd tunellərin məhv edilməsinə nail olub. Belə ki, məhz bu tunellər vasitəsilə yaraqlılar İsrail ərazisinə keçirdilər. Bu barədə İsrail Müdafiə Nazirliyinin rəsmisi Moti Almoz bildirib. Onun sözlərinə görə, İsrail ordusu hələ Qəzza zolağında bir neçə hərbi hədəf yerinə yetirəcək.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1821-yə çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti