Azərbaycandakı səslər Türkiyəyə göndərildi

Azərbaycandakı səslər Türkiyəyə göndərildi
  05 Avqust 2014    Oxunub:1583
Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar avqustun 3-də Azərbaycanda yaşayan türk vətəndaşları üçün səsvermə keçirilib.
AzVision.az xəbər verir ki, səsvermə başa çatdıqdan sonra səslər möhürlənərək Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunun nəzarəti ilə Heydər Əliyev adına Beynəlxaq Hava limanına aparılıb. Türk Hava Yollarına məxsus təyyarə ilə İstanbula aparılan səslər Mərkəzi Seçki Komissiyasına (YSK) təhvil verilib.

eyd edək ki, Bakıda 838, Naxçıvanda 53, Gəncədə isə 56 Türkiyə vətəndaşı səs verib.

Sevinc


Teqlər:





Xəbər lenti