Rusiyada miqrantlar üçün yeni qaydalar qüvvəyə mindi

Rusiyada miqrantlar üçün yeni qaydalar qüvvəyə mindi
  05 Avqust 2014    Oxunub:4155
Bu gündən Rusiyada miqrasiya və ikili vətəndaşlıqla bağlı yeni qaydalar qüvvəyə minir. Belə ki, bundan sonra ikili vətəndaşlığı və xaricdə yaşamağa icazəsi olan Rusiya vətəndaşlarının reyestri tutulacaq. Ekspertlər hesab edirlər ki, bu yeni qaydalar milyonlarla insanın həyatına təsir göstərəcək.

Rusiya pasportuna malik olmayan şəxslər, o cümlədən də MDB vətəndaşları bu ölkənin ərazisindəki yerdəyişmələri haqqında Federal Miqrasiya Xidmətinə məlumat verməli olacaqlar.

İkili vətəndaşlığı barədə vaxtında məlumat verməyənlər üçün də cərimələr nəzərdə tutulub.

Rusiya vətəndaşlığı olmayan şəxslərin hüquqları məhdudlaşdırılır: Onlar dövlət işlərində çalışa bilməyəcəklər.

Bu haqda qanun iyunun 4-də qəbul edilmişdi və onun 60 gün sonra qüvvəyə minməsi nəzərdə tutulurdu.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti