Kolumbiya İsrail gəmilərini saxlayacaq

Kolumbiya İsrail gəmilərini saxlayacaq
  25 İyul 2025    Oxunub:1279
Kolumbiya prezidenti ölkənin Hərbi Dəniz qüvvələrinə İsrailə kömür daşıyan gəmiləri dayandırmaq əmri vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, belə bəyanat səsləndirən Kolumbiya prezidenti Petro Qustavo kömür hasilatı üzrə həmkarlar ittifaqlarının təcili toplantısını çağırıb.

Keçən həftə Petro Qustavo administrasiyasının əməkdaşlarının bir hissəsin “xəyanətdə” günahlandırıb. Çünki təxminən bir il əvvəl qoyulan qadağaya rəğmən, İsrail hələ də Kolumbiyadan kömür almaqda davam edir.

O, həmçinin respublikada fəaliyyət göstərən “Glencore” və “Drummond” şirkətlərinin rəhbərlərinin məsuliyyətə cəlb olunmasını tələb edib. Kolumbiya liderinin sözlərinə görə, onlar ölkənin ehtiyac duyduğu kömürün 60%-ni İsrailə göndərirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kolumbiya   İsrail  



Xəbər lenti