Yanğınlar Türkiyənin kurortlarına da çatıb | VİDEO

   Yanğınlar Türkiyənin kurortlarına da çatıb    | VİDEO
  25 İyul 2025    Oxunub:677
Türkiyədə tüğyan edən meşə yanğınları artıq Antalya kurort şəhəri ilə yanaşı, Aksu, Muratpaşa və Manavqat qəsəbələrinə də sirayət edib.
AzVision.az bu barədə məlumat yayan “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Antalyada iki yanğın hadisəsi qeydə alınıb. Yanğının söndürülməsinə yanğınsöndürən təyyarələr və helikopterlər cəlb olunur.

Muratpaşa rayonunda güclənən yanğının söndürülməsi üçün genişmiqyaslı quru və hava əməliyyatları aparılır.

Karabük rayonunda isə 14 kəndin sakinləri təxliyə edilib. Türkiyənin Fövqəladə Hallar nazirliyi gücləndirilmiş iş rejimində işləyir, yanğınların lokallaşdırılması və söndürülməsi üçün bütün lazımi tədbirləri görür.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   yanğınlar  



Xəbər lenti