Azərbaycan cüdoçuları EYOF-un qalibi oldu

Azərbaycan cüdoçuları EYOF-un qalibi oldu
  26 İyul 2025    Oxunub:1519
Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarını 8 medalla tamamlayaraq komnada hesabında birinic yeri tutublar.
AzVision.az xəbər verir ki, komandanın heyətində son olaraq Sübhan Axundov (+90 kiloqram) fəxri kürsüyə yüksəlib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.

Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında festivalın cüdo yarışlarının çempionu olub.

Turnirdə daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram) qızıl, Nuranə Hacızadə (48 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) gümüş, Aysun Məmmədova (52 kiloqram) və Məhəmməd Ağakişiyev (73 kiloqram) bürünc mükafat qazanıb.

AzVision.az


Teqlər: Azərbaycan   EYOF   qələbə  



Xəbər lenti