Azərbaycan komandası “Skopye-2025”-də 10 medal qazanıb
Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurub.
Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kiloqram), Zeyd Ələsgərov (-60 kiloqram) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kiloqram), Məhəmməd Ağakişiyev (-73 kiloqram), Sübhan Axundov (+90 kiloqram) və taekvondoçu Yunis Hüseynov (73 kiloqram) qazanıblar.
Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri tutub.
50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya komandası qərarlaşıb.
Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc) medalla beşinci olub. Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.
AzVision.az
Teqlər: Azərbaycan Skopye-2025







Vaxtında, Aydın, Lazımlı!


