Avtoritetin dostu Rusiyada tutuldu

Avtoritetin dostu Rusiyada tutuldu
  15 Fevral 2013    Oxunub:2241
Moskva polisinin həyata keçirdiyi əməliyyat zamanı Rövşən Lənkəranskinin dostu da saxlanılıb.
Dünən Moskvada şəhər polisi və Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində "Lebed Borisovskiy" ləqəbli 34 yaşlı "oğru" Ruslan Lebed həbs olunub.

Rusiya mətbuatına əsasən, həbs zamanı onun üstündən narkotik maddələr və saxta pasportun aşkarlanıb. Ruslan Lebed 2012-ci ilin dekabrında "oğru" adlı alıb.

Həmin vaxt Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Ded Hasan"a qarşı olan qruplaşmanın mənsubları "sxodka", yəni "oğru toplantısı" keçirmişdilər.

"Cemo" ləqəbli Cemal Mikeladze, "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyev və "Timoxa" ləqəbli Aleksandr Borun rəhbərlik etdiyi toplantıda Belarusun 3 vətəndaşı "oğru" tituluna yiyələnmişdi.

Həmin şəxslər "Paşa Paştet" ləqəbli Pavel Alekseyeviç, "Medvejonok" ləqəbli Aleksandr Medvedev və "Lebed Borisovskiy" ləqəbli Ruslan Lebed idi. Ümumiyyətlə isə həmin toplantıda 16 nəfərə "oğru" adı verilmişdi. Milli.az bildirir ki, iddialara görə, Ruslan Lebed "Rövşən Lənkəranski"nin dostudur.

"Ded Hasan" ləqəbli Aslan Usoyan Dubay toplantısında "oğru" adı almış şəxslərin adlarını və "oğru"luqlarını tanımadığını demişdi.
Yanvarın 16-da isə "Ded Hasan" snayper atəşi ilə qətlə yetirilmişdi.


Teqlər:





Xəbər lenti