Haaretz: "Qəzzanın ilhaqı nəzərdə tutulmur"

      Haaretz:    "Qəzzanın ilhaqı nəzərdə tutulmur"
  30 İyul 2025    Oxunub:1176
"Qəzza zolağının müəyyən hissələrinin İsrailə ilhaqı planının reallaşma ehtimalı çox azdır".
İsrailin rəsmi hökumət nümayəndələri "Haaretz" qəzetinə açıqlamada bildiriblər ki, bu barədə xəbərlər yalnız HƏMAS-ın atəşkəs üzrə danışıqlar müstəvisində tələblərini yumşaltmaq məqsədilə mətbuata sızdırılır.

"Hazırda belə bir plan üzərində müzakirə aparılmır", – qəzetə danışan adı çəkilməyən nazir vurğulayıb.

"Haaretz" yazır ki, İsrail tərəfinin bu xəbəri yaymaqda məqsədi HƏMAS-ı "torpaq itirməklə hədələmək" məqsədi daşıyır.
Haaretz: "HƏMAS növbəti sui-qəsd dalğasından qorxur"

Eyni zamanda, qəzetin məlumatına görə, HƏMAS son saatlarda özünün ali siyasi büro üzvlərinin sui-qəsdlə öldürülə biləcəklərindən ehtiyatlanaraq təhlükəsizlik tədbirlərini gücləndirib.

Ötən günlərdə İsrailin Baş naziri Benyamin Netanyahu yerli mətbuata açıqlamasında diqqətə çatdırmışdı ki, "HƏMAS-ın inadkarlığı atəşkəs razılaşmasına maneə yaradır". Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da HƏMAS tərəfinin atəşkəs üzrə danışıqlar aparmaq istəmədiyini nəzərə alaraq, " mübarizənin daha fərqli formaya gətirilməsinin" vacibliyini vurğulayıb. Bu ifadələr fonunda görünür ki, HƏMAS-ın narahatlığı əbəs deyil.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun sabiq lideri İsmayıl Haniyə keçən il iyulun 31-də İranın paytaxtı Tehran şəhərindəki iqamətgahında İsrail Ordusunun raket zərbəsi ilə öldürülmüşdü.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   İsrail   ilhaq   plan  



Xəbər lenti