Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
  01 Avqust 2025    Oxunub:398
Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 18 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪+994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

AzVision.az



Teqlər:



Xəbər lenti