Naxçıvan İslam Mədəniyyətinin paytaxtı olacaq

Naxçıvan İslam Mədəniyyətinin paytaxtı olacaq
  23 Aprel 2013    Oxunub:2563
2018-ci ildə qədim Azərbaycan torpağı olan Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” şərəfli adına layiq görüləcək
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Əmək nazirlikləri nümayəndələrinin Bakıda keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Naxçıvan daha öncə də 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi.

Aprelin 25-26-da Bakıda İƏT-ə üzv ölkələrin əmək nazirlərinin konfransı keçiriləcək.

"Bu konfransın keçirilməsi İƏT-in təşkilata üzv ölkələrdə yoxsulluq probleminin həllində, həmçinin bu sahədə fəal siyasətin həyata keçirilməsi üçün sosial sabitliyin təminatında əməkdaşlığa fəal dəstəyinin təsdiqidir", - Ələkbərov deyib.

Onun sözlərinə görə, konfrans İƏT iştirakçı ölkələri arasında əməkdaşlıq mexanizminin formalaşdırılması üçün şərait yaradacaq. Nazir hesab edir ki, konfransın nəticələri üzrə çərçivə sənədi, həmçinin qətnamələr və Bakı bəyannaməsinin təsdiqi belə mexanizmin yaradılmasının rəsmi təsdiqidir.(trend)


Teqlər:  





Xəbər lenti