Azərbaycan və Suriya potensial layihələri müzakirə edib

   Azərbaycan və Suriya potensial layihələri müzakirə edib
  02 Avqust 2025    Oxunub:1162
Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb .
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşümüzdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin regional əhəmiyyətini qeyd etdik.

İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri, enerji əməkdaşlığının inkişafını və potensial layihələri nəzərdən keçirdik", - M. Cabbarov qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti