Macarıstan Qran-prisində "Ferrari"nin pilotu Şarl Lekler poulu qazanıb

Macarıstan Qran-prisində "Ferrari"nin pilotu Şarl Lekler poulu qazanıb
  02 Avqust 2025    Oxunub:503
Formula-1 üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsi başa çatıb.
AzVision.az xəbər verir ki, sıralanma turunun qalibi "Ferrari" komandasının pilotu Şarl Lekler olub. Monakolu sürücü əsas yarışa birinci sıradan start verəcək.

İkinci və üçüncü yerləri isə "McLaren" komandasının pilotları tutublar – Oskar Piastri ikinci, Lando Norris isə üçüncü yerdə qərarlaşıb.

Son dörd mövsümün çempionu, "Red Bull" pilotu Maks Ferstappen isə təsnifat mərhələsini yalnız 8-ci sırada tamamlayıb və yarışa həmin mövqedən başlayacaq.

Qeyd edək ki, bu il Macarıstan Qran-prisi tarixdə 40-cı dəfə keçiriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti