Rubio: "Bakı və İrəvan arasında mühüm saziş imzalanacaq"

      Rubio:    "Bakı və İrəvan arasında mühüm saziş imzalanacaq"
  08 Avqust 2025    Oxunub:986
"Vaşinqtonda Azərbaycan və Ermənistan arasında tərəfləri sülh müqaviləsinə aparan sazişin imzalanmağına ümid var".
Bu sözləri ABŞ-nin Dövlət katibi Marko Rubio yerli jurnalistlərə açıqlama verərkən dilə gətirib. O söyləyib ki, imzalanmağı nəzərdə tutulan saziş "sülh müqaviləsinin başlanğıcı" mahiyyətini daşıyacaq.
İlham Əliyev Trampın dəvəti ilə Vaşinqtona gedib I FOTO

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan dünən ABŞ-yə yollanıblar. Onlar paytaxt Vaşinqtonda Donald Trampla görüşəcək, birgə bəyanat imzalayacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Azərbaycan   Ermənistan   sülh-danışıqları  



Xəbər lenti