Almaniya İsrailə silah ixracını dayandırır

   Almaniya İsrailə silah ixracını dayandırır
  08 Avqust 2025    Oxunub:952
Almaniya hökuməti İsrailin Qəzza şəhərini ələ keçirmə planına cavabən bu ölkəyə silah-sursat ixracına fasilə verib.
"Reuters" xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə Almaniyanın Kansleri Fridrix Merz yerli mətbuata açıqlama verib. O diqqətə çatdırıb ki, İsrail Ordusunun Qəzza zolağında hərbi əməliyyatları artırması fonunda rəsmi Berlin "bu ərazidə işlədilə biləcək hərbi texnikanın ixracını növbəti xəbərdarlığadək" dayandırır.

"İsrailli əsirlərin azadlığa buraxılmaları və atəşkəs üçün danışıqlar Almaniyanın əsas prioritetləridir. Qəzzada mülki əhalinin əzab çəkməsindən çox narahatıq", – Merz vurğulayıb.

Xatırladaq ki, ötən gün İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Əksər ölkələr bu addımı qınayaraq, fəlakətli nəticələrə gətirib çıxaracağını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   İsrail   silah-sursat  



Xəbər lenti