Berti Foqts da başsağlığı verdi
B.Foqts bildirib ki, Ə.Məmmədovun yoxluğu hər zaman özünü göstərəcək: "Onunla cəmi bir neçə il əvvəl tanış olmağımıza baxmayaraq, çox xoş və səmimi ünsiyyətimiz vardı. Ələkbər Məmmədov bütün varlığı ilə futbola bağlı idi və söhbətin hansı mövzu ətrafında getməsinə baxmayaraq, o, mütləq futbol barədə söz salırdı. Onun vaxtilə çıxış etdiyi komandalar üçün nə qədər önəmli futbolçu olduğunu, hər zaman qələbəyə kökləndiyini, məşqçi işlədiyi dövrdə isə rəhbərlik etdiyi komandanın üzvlərinə böyük qayğı ilə yanaşdığını bilirəm. Ələkbər Məmmədov AFFA-nın yeni yarandığı dövrlərdə, çətin şəraitdə Azərbaycan milli komandasına rəhbərlik edib, bu ağır işin öhdəsindən də ləyaqətlə gəlib. Onun ailəsinə, yaxınlarına, Azərbaycan futbol ictimaiyyətinə bu ağır itki ilə əlaqədar başsağlığı verir, səbr diləyirəm".
Qeyd edək ki, Ələkbər Məmmədov ötən gün II Fəxri Xiyabanda dəfn olunub.
Teqlər: