Karateçimiz Çində gümüş medal qazanıb

Karateçimiz Çində gümüş medal qazanıb
  09 Avqust 2025    Oxunub:1355
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb.
AzVision.az xəbər verir ki, idmançı finalda İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşıb.

Həlledici görüşdə məğlub olan İ.Zaretska fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

AzVision.az


Teqlər: karate   medal  



Xəbər lenti