Taliban Kabildə qadın gözəllik salonlarını kütləvi şəkildə bağlayır
Şahidlər bildirirlər ki, Taliban üzvləri binaları yoxlayaraq, içərisində qadın salonu aşkar etdikdə dərhal dağıdırlar. Təxminən 60 min qadının çalışdığı bu sahədəki məhdudiyyətlər məşğulluğa ciddi zərbə vurub. Analitiklər bunu qadınların ictimai və iqtisadi həyatdan tədricən uzaqlaşdırılması siyasətinin tərkib hissəsi kimi dəyərləndirirlər.
İyulda Kabilin bir neçə rayonunda təhlükəsizlik qüvvələri hicabı düzgün geyinmədiyinə görə onlarla qadını saxlamışdı.
Röya Əliyeva
AzVision.az
Teqlər: Əfqanıstan gözəllik salon qadağa







Vaxtında, Aydın, Lazımlı!


