Daha iki ölkə Fələstini tanıyacaq

   Daha iki ölkə Fələstini tanıyacaq
  11 Avqust 2025    Oxunub:1051
"Avstraliya sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanıyacaq".
Bu sözləri Avstraliyanın Baş naziri Entoni Albaniz Nazirlər Kabinetinin iclasının ardınca mətbuata açıqlamasında dilə gətirib. O söyləyib ki, rəsmi Kanberra Fələstinin dövlət hüququnu reallaşdırmaq üçün beynəlxalq ictimaiyyətlə birgə işləyəcək.

"Bu addımımız Qəzza zolağında iki dövlətli həll yolu üzrə qlobal səylərin bir hissəsidir", – Baş nazir vurğulayıb.

Albanis həmçinin diqqətə çatdırıb ki, Fələstin dövlətində HƏMAS terror təşkilatının iştirakı yolverilməzdir.

Eyni zamanda, Yeni Zelandiya hökuməti də oxşar addım atmaq niyyətindədir. Ölkənin xarici işlər naziri Vinston Pitersin sözlərinə əsasən, hökumət Fələstinin rəsmi tanınması ilə əlaqədar gələn ay qərar çıxarıb, BMT-nin Liderlər Həftəsində irəli sürəcək.

Xatırladaq ki, son həftələrdə bir sıra ölkə, o cümlədən Fransa, Britaniya, Finlandiya və Malta Fələstini rəsmi dövlət kimi tanıyacağını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avstraliya   Fələstin   tanıma  



Xəbər lenti