Kolumbiyada sui-qəsdə uğramış prezidentliyə namizəd ölüb

   Kolumbiyada sui-qəsdə uğramış prezidentliyə namizəd ölüb
  11 Avqust 2025    Oxunub:1184
Kolumbiyada prezidentliyə namizəd, ölkə senatının nümayəndəsi, 39 yaşlı Migel Uribe Turbay məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirib.
Bu barədə İspaniyanın "El pais" qəzeti məlumat yayıb. Gənc siyasətçilər sui-qəsdin baş verdiyi gün aparıldığı Santa Fe Fond Xəstəxanasında dünyasını dəyişib. Həyat yoldaşı Maria Klaudiya Tarasona özünün "Instagram" hesabında xəbəri təsdiqləyib.

Xatırladaq ki, Uribe iyunun 7-də paytaxt Boqotada seçki kampaniyası üzrə mitinqdə nitq söyləyərkən ona arxadan üç dəfə atəş açılıb. Güllələrdən ikisi namizədin başına dəyib. Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb. Sui-qəsdi həyata keçirməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə bu əməli "ailəsi üçün pul qarşılığında həyata keçirdiyini" söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kolumbiya   namizəd   sui-qəsd  



Xəbər lenti